Son il yarımda İrandan Azərbaycana təxminən 5 min avtomobil ixrac edilib.
Yenisabah.az “Aşqah”-a istinadla xəbər verir ki, bunu “Iran Khodro” şirkətinin Asiya, Avropa və MDB üzrə ixrac departamentinin baş direktoru Səbinə Nobəri bildirib.
O əlavə edib: “Rusiyada da rəqabətə dözümlü avtomobillər istehsal etməyə çalışırıq”. pizza sifarişi
Səbinə Nobərinin sözlərinə görə, Azərbaycana İran avtomobillərinin ixracı hökumətin dəstəyi ilə inkişaf edir.
“Şirkət Avrasiya İqtisadi İttifaqı ərazisində istehsal və ixraca xüsusi önəm verir. Lakin Azərbaycan Respublikası hələlik ən uğurlu eksport istiqamətidir. “Samand”, “Dena”, “Dena Plus” Azərbaycana ixrac edilən avtomobil markalarıdır. Keçən il koronavirusa görə bu ölkəyə ixracı əvvəlcə dayandırdıq, lakin gigienik üsulları tətbiq edərək sonradan davam etdik. Son il yarım, yaxud iki ildə İrandan Azərbaycana təxminən 5 min avtomobil ixrac edilib”, - deyə Səbinə Nobəri qeyd edib.
Telegram kanalımız