İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxdı

Maraqlı

28 Mart 2023 19:11 694


İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Pepperoni pizza

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!