İranın son 9 ayda (2022-nin aprelindən 2023-ün yanvarına qədər) Çin və Hindistan da daxil olmaqla, 19 ölkəyə ümumi ixracı 38 milyard 459 milyon dollar təşkil edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu, əvvəlki dövrlə müqayisədə 23% artım deməkdir.
Əsas ixrac istiqamətləri İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Pakistan, Oman, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkmənistan, Suriya və Küveyt olub. pizza
İxrac mal və əmtəəsinin ümumi çəkisi 89 milyon 691 min ton (+4%) təşkil edib.
Statistikaya görə, Türkiyəyə 6.411.000.000 dollar dəyərində 12.673.000 ton məhsul ixrac olunub.
Rusiyaya ixrac 563 milyon dollara (1 milyon 75 min ton) çatıb.
Həmçinin, Azərbaycan Respublikasına mal satışında 23% dəyər artımı qeydə alınıb - 376 milyon dollar (586 min ton, - 10%).
Ermənistana ixracın həcmi 351 milyon dollar dəyərində (984 min ton, - 1%)
Telegram kanalımız