İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanıldı

Sosial

04 Noyabr 2019 14:50 982


Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Astara gömrük postunda İrandan ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşları - Məmmədov İbrahim Eldar oğlu və Qurbanov Qulam Əhməd oğluna məxsus əl yükləri rentgen aparatında yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Komitədən “Yeni Sabah”a verilən məlumata görə, nəqliyyat vasitələrinin ehtiyat hissələrindən ibarət olan həmin yük saxlanılıb və təkrar yoxlanılıb.

Yoxlama zamanı 1 ədəd karton qutunun içərisində ehtiyat hissəsinin daxilindəki boşluqdan aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 2500 qram narkotik vasitə-tiryək aşkar edilib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!