Noyabr ayının 15-də Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb, pizza
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız