İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Maraqlı

23 Yanvar 2023 13:13 597


Yanvar ayının 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Yenisabah.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə marixuana və 250 ədəd “metadon M-40” psixotrop həbi aşkar olunaraq götürülüb.  Marqarita pizza

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!