İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana narkotik keçirmək istəyən 5 nəfər saxlanıldı

Kriminal

17 May 2021 11:43 1316


Dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Yenisabah.az-a bildirilib ki, son günlərdə DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılıb, onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir. pizza mizza

Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləş­dirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!