İrandan Azərbaycana uzanacaq yeni dəmir yolu xətti

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana uzanacaq yeni dəmir yolu xətti

Rəsmi

18 Sentyabr 2021 09:39 2509


İranın Ərdəbil şəhərində Azərbaycan Respublikasına qədər uzanacaq dəmiryolu xətti ilə bağlı tədbir keçirilib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, tədbirdə qonşu ölkənin Parsabad Muğan şəhərindən İmişli şəhərinə birləşəcək bu dəmir yolu planı hər iki dövlətdə rəsmən təsdiqləndiyi açıqlanıb.

Natiqlər qeyd edib ki, keçən il iki ölkə rəsmiləri arasında yeni nəqliyyat xəttinin çəkilişinə dair anlaşma memorandumu imzalanıb. Pepperoni pizza

Bununla bərabər, Parsabadda logistika mərkəzinin tikilməsinə qərar verilib.

Tədbir iştirakçıları yeni dəmir yolu xəttinin inşası ilə Ərdəbil əyalətinin Qafqaz respublikaları, Orta Asiya ölkələri və Rusiya ilə ticarət-ixrac əməliyyatlarının xeyli dərəcədə artacağını vurğulayıblar.

Azərbaycan Respublikası ilə 380 km sərhədi olan Ərdəbil əyalətinin inkişafına yeni tranzit xəttinin faydasından danışan iqtisadiyyat mütəxəssisi Bəhram Heydəri IRNA-ya bildirib: 

"İran dəmir yolu xəttinin iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək məqsədi ilə Ərdəbildən qonşu ölkələrə marşrutlar açılması çox zəruridir və buna nail olmaq üçün daha çox səy göstərilməlidir. Yeni dəmir yolu xəttinin açılması Ərdəbil əyalətini kommunikasiyasını çıxılmaz vəziyyətindən ayıracaq və bölgədə ticarət dövriyyəsini qat-qat artıracaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!