"Qonşular sionist rejimlə (İsrail - red.) əlaqələrini inkişaf etdirərkən diqqətli olmalıdırlar".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
"Azərbaycan Respublikası haqqında ümumən istədiyimiz odur ki, iki ölkə arasında dostluq münasibətləri çərçivəsinə bir-birimizə hörmətlə yanaşaq və dostluq əlaqələri çərçivəsində münasibətləri inkişaf etdirək", - deyə Kənani vurğulayıb. Sezar pizza
XİN sözçüsü əlavə edib: "Biz regionda sabitlik əleyhinə rol oynayan sionist rejimi qeyri-qanuni hesab edirik. Ölkələrin milli məsələlərinə, milli qərarlarına qarışmırıq, amma qonşularımıza tövsiyəmiz budur ki, bu rejimlə münasibətlərində diqqətli olsunlar".
Telegram kanalımız