İrandan Livana uçuşlar dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Livana uçuşlar dayandırıldı

Dünya

16 Fevral 2025 19:34 250


Livan təhlükəsizlik məqsədləri ilə Tehrandan İran aviaşirkətlərinin Beyruta uçuşlarını ən azı 18 fevrala qədər dayandırmağa xahiş edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə bildirib.

Onun sözlərinə görə, hazırda Beyrut hava limanında vəziyyət mürəkkəb və gərgindir, lakin İran tərəfi vəziyyəti diqqətlə izləyir və 18 fevrala qədər vəziyyətin normallaşacağına ümid edir. Toyuqlu pizza

Qeyd edək ki, 14 fevralda "Hizbullah"ın aktivistləri Livan hakimiyyətinin İranın "Mahan Air" aviaşirkətinin təyyarələrini qəbul etməkdən imtina etməsi səbəbi ilə Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolu bağlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!