İrandan narkotik keçirmək cəhdi - Bu dəfə Zəngilanda

saytların hazırlanması

Evə çatdırılma

İrandan narkotik keçirmək cəhdi - Bu dəfə Zəngilanda

Maraqlı

17 Avqust 2022 13:46 937


Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-ın Mətbuat Mərkəzi məlumat yayıb.

Avqustun 17-də saat 00:10-da Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. "Dayan" əmrinin verilməsi və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq İran ərazisinə qaçıb. Toyuqlu pizza

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 5 kiloqram 600 qram narkotik vasitə "marixuana"ya bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!