İrandan Qarabağdakı savaşla bağlı reaksiya 

saytların hazırlanması

Evə çatdırılma

İrandan Qarabağdakı savaşla bağlı reaksiya 

Dünya

27 Sentyabr 2020 17:30 2063


“Tehran Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırır”.

TASS-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Tehran tərəfləri təmkinli olmağa, eyni zamanda, atəşkəsə və iki ölkə arasında danışıqlara başlamağa çağırır”, - deyə o bildirib. Sezar pizza

Diplomat “İranın Azərbaycanla Ermənistan arasındakı silahlı toqquşmalardan narahat olduğunu və onları yaxından izlədiyini” də qeyd edib.

“İran XİN İranın barışıq yaratmaq və tərəflər arasında dialoqa başlamaq üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bəyan edir”, - o deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!