“Ümumiyyətlə, İranda dəfələrlə terror aktları olub. Hər hansı bir hadisə baş verməmişdən bir müddət əvvəl belə SMS-lər, yaxud buna oxşar xəbərlər olub. Bir müddət sonra isə görürsünüz ki, belə bir hadisə baş verdi. O hadisəni də araşdıranda aydınlaşır ki, bunun arxasında İran rəsmilərinin özü olur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas, politoloq Əlirza Zamanı deyib.
O, İranın İnformasiya Nazirliyi tərəfindən əhaliyə “Mossad”ın ölkə ərazisində terror aktı törədə biləcəyi ilə bağlı göndərdiyi SMS-lərə toxunub: pizza hut
“Mossad”ın terror aktı törətməsi məsələsinə gəldikdə isə hazırda İranda vəziyyət çox gərgindir. Çünki Qərb ölkələri İrana qarşı sanksiyalarla təzyiqlər göstərir. Eləcə də İsrail hər gün İranla bağlı müharibə çağırışları edir. Mənə elə gəlir ki, əhali arasında təşviş yaratmaq üçün belə bir SMS göndərə bilərlər. Bunun arxasında nə dayanıb, planlaşdırılan nədir, bunu zaman göstərəcək”.
Müsahibimiz bəyan edib ki, insanların narazılığı və onların küçələrə toplaşmaq üçün bəhanələri daha böyükdür, nəinki hansısa bir SMS-ə evdə oturalar:
“Bir dənə SMS-lə insanlar özlərini istəklərindən məhrum edə bilməz. Amma hər halda İran dövləti də insanlara repressiv hərəkətlər göstərmək və onların küçələrə çıxmasının qarşısını almaq üçün bir bəhanə axtarır və bu bəhanəni də verir. Ola bilsin ki, bunun arxasında hansısa bir terror hadisəsi olsun”.
İranşünas xatırladıb ki, o vaxtı Məşhəddə bir ziyarətgahı partlatdılar və ölənlər oldu:
“Bunun günahkarı kimi solçu İran Xalq Mücahidləri Təşkilatını (MEK) göstərdilər. Sonradan isə etiraf etdilər ki, Ettelaat edib. İndiki məsələ də eynilə. Yəni hansısa bir hadisə törədə bilərlər və insanları küçələrə qoymamaq üçün əllərində bir bəhanə olar ki, guya təhlükəsizlik səbəbləri və s.”
Rafi MÜSLÜMOV
Telegram kanalımız