İranı tərk edən 29 nəfər italiyalı Azərbaycana gəldi

saytların hazırlanması

Evə çatdırılma

İranı tərk edən 29 nəfər italiyalı Azərbaycana gəldi

Sosial

18 İyun 2025 10:08 273


İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tacani bildirib.

Nazir qeyd edib ki, bu prosesdə mühüm işlər görülüb və bu xüsusda Tehran və Bakıdakı İtaliya səfirliklərinə, eləcə də İtaliya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Farnesina Böhran Bölməsinə təşəkkür edilir. Toyuqlu pizza

Antonio Tacani bildirib ki, bölgədə yaşayan İtaliya vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətlər davam etdirilir:

“Onlar heç vaxt İtaliya dövlətinin tam dəstəyindən məhrum olmayacaqlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!