İranın 23 rəsmisinə sui-qəsdin qarşısı alınıb – “Ettelaat”

saytların hazırlanması

Evə çatdırılma

İranın 23 rəsmisinə sui-qəsdin qarşısı alınıb – “Ettelaat”

Dünya

28 İyul 2025 21:12 381


İranın Kəşfiyyat Nazirliyi ("Ettelaat") 12 günlük müharibə ilə bağlı bəyanat yayıb.

Yenisabah.az farsnews-a istinadla xəbər verir ki, bəyanatda "Mossad" və ona bağlı qurumların 20 casusu, əməliyyatçısı və köməkçi agentinin həbs edildiyi bildirilib.

"Rejimin (İsrail - red.) 12 günlük müharibə zamanı ölkənin 23 rəsmisinə sui-qəsd etmək planının qarşısı alınıb. Həmçinin, müharibədən əvvəlki son aylarda yüksək rütbəli mülki və hərbi məmurlara 13 analoji sui-qəsd planı ifşa olunub. pizza mizza

"Mossad"ın başçılıq etdiyi monarxist müxalifət qüvvələri küçələrdə iğtişaşlar törətməyi planlaşdırırdı. Bu ssenarinin qarşısı 23 əyalətdə 122 agentin həbsi ilə alınıb. Xaricdə təlim keçmiş 53 agent həbs edilib, onların bazaları müəyyən edilib, silah-sursat götürülüb, qruplaşmanın fəaliyyəti zərərsizləşdirilib. 98 gizli əməliyyatçı saxlanılıb.

Kürdüstana gedən 6 əsas silah daşımaları və terror qruplaşmasının İraq Kürdüstanındakı hərbi qanadının logistika şəbəkəsi uğurla məhv edilib”, - deyə məlumatda vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!