“İran” adlanan ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, “İran səfirliyinin dostları” adlanır. Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi “İran səfirliyinin dostu” olmaqda davam edirlər. Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər".
Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli özünün "facebook" səhifəsində yazıb. Mirzəbəyli qeyd edib ki, ilk dəfədir ki, söz üçün aciz qalır və nə yazacağımı bilmir: “İran” adlanan ölkənin Azərbaycandakı nümayəndəliyinin, yəni molla rejiminin təmsilçilərinin dostu olanlar heç bir halda Azərbaycanın dostu deyillər və ola da bilməzlər. Bu baxımdan, “cənab” və “cənabə”lər, mövqeyinizi müəyyənləşdirin və ya Azərbaycanın dostu olun, ya da İranın...
Düşünürəm ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı “azərbaycanlı” şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Onların bir çoxu, molla rejiminin diplomatik təmsilçiliyinin dəvəti ilə bir, yaxud bir neçə dəfə “İran” adlanan ölkədə səfərdə olublar. Bəzilərinə müxtəlif hədiyyələr verilib, özlərinin, yaxınlarının müalicəsinə və digər problemlərinin həllinə yardım göstərilib. Molla rejiminin əlində bəzi media nümayəndələri ilə bağlı kompramatların olması və onların davamlı şantaja məruz qalmaları da mümkündür". Toyuqlu pizza
İranın ideoloji zəhərini ölkə mediasının “qan damarlarından” çəkib çıxarmaq lazımdır.
Telegram kanalımız