İranın Azərbaycandakı səfirliyində bayraq endirildi

saytların hazırlanması

Evə çatdırılma

İranın Azərbaycandakı səfirliyində bayraq endirildi

Siyasət

03 Yanvar 2020 16:08 1058


İranın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

"Yeni Sabah" bildirir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qasım Süleymaninin ölümü ilə əlaqədar səfirlikdə bayraq yarıya qədər endirilib. pizza hut

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!