İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Siyasət

03 İyun 2025 01:43 646


İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir. “Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Möctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb. Toyuqlu pizza

Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.

Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tviterdə (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!