İranın bəzi əyalətlərində avqustun 13-nü “istirahət günü” elan edildi

saytların hazırlanması

Evə çatdırılma

İranın bəzi əyalətlərində avqustun 13-nü “istirahət günü” elan edildi

Dünya

12 Avqust 2025 22:17 334


İranın bölgələrinin yarıdan çoxunun hakimiyyət orqanları avqustun 13-nü dövlət qurumları üçün qeyri-iş günü elan edib, bunda məqsəd ilin ən isti mövsümündə elektrik enerjisi istehlakını azaltmaq olub.

Oxu.Az bildirir ki, bu barədə SNN telekanalı məlumat verib.

Qeyd olunub ki, ölkənin 31 regionundan 16-da belə tədbirlər görülüb və bəzilərində həm dövlət, həm də bank qurumları işləməyəcək. Pepperoni pizza

Qeyd edək ki, İran son illərdə enerji infrastrukturunun həddən artıq köhnəlməsi səbəbindən ölkənin müxtəlif bölgələrinin fasiləsiz elektrik təchizatı ilə təmin edilməsində ciddi çətinliklərlə üzləşir.

2024-cü il dekabrın 12-də İran Prezidenti Məsud Pezeşkian videomüraciət lentə alıb və iranlıları öz evlərində temperaturu ən azı iki dərəcə azaltmağa çağırıb ki, bununla qaz anbarlarını doldurmaq və bütün ölkəyə fasiləsiz elektrik enerjisi təchizatını davam etdirmək imkanı yaransın. İran hökuməti sosial şəbəkələrdə "iki dərəcə aşağı" həştəqini işə salıb. Kampaniyaya 20-dən çox siyasətçi, idmançı və ictimai xadim, o cümlədən milli futbol komandasının oyunçuları dəstək veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!