İranın Cənubi Qafqaza baxışı necədir? - XİN sözçüsündən cavab

saytların hazırlanması

Evə çatdırılma

İranın Cənubi Qafqaza baxışı necədir? - XİN sözçüsündən cavab

Dünya

13 Yanvar 2025 12:48 271


İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycan və Ermənistana səfəri ilə bağlı suala cavabında qeyd edib:  Dördpendirli pizza

"İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik. Təhlükəsizlik xarici müdaxilədən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!