Ötən gecə yerli vaxtla 02:46 radələrində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda 5 bal gücündə zəlzələnin baş verməsi nəticəsində 400 ev tamamilə dağılıb.
Yenisabah.az xəbər verir ki, xarici KİV-lərinin yaydığı məlumata görə, bunu İranın Əndika rayonunun qubernatoru Əmrullah Nozəri deyib. Onun sözlərinə görə, zəlzələ Əndika rayonunun 120 kəndində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində indiyədək 3 nəfərin yaralandığı bildirilir. Marqarita pizza
Telegram kanalımız