İranın eks-prezidenti Əhmədinejada yaxınlığı ilə seçilən Həmid Bəqayi yenidən psixiatrik xəstəxanaya yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə siyasi fəal Yaser Zəvarei "Twitter"də məlumat yayıb.
"Cənab Bəqayi həbsxana təzyiqi və aclıq ucbatından fiziki və zehni vəziyyəti pis olduğu üçün bir müddətdir ki, psixiatrik xəstəxanada yatır. Uca Allahdan bütün xəstələrə, xüsusən də ona şəfa diləyirik". pizza hut
Xatırladaq ki, Həmid Bəqayi 2009-2011 və 2011-2013-cü illərdə İranın vitse-prezidenti olub.
O, dövlət mülkiyyətinin qanunsuz mənimsənilməsi ittihamı ilə 15 il həbs cəzasına məhkum edilib. Bundan əlavə 43 milyard tümən cərimə olunub.
Məhbəsdə həbs edildiyi gündən aclıq aksiyasına başlayıb.
Telegram kanalımız