İranın Kəşfiyyat Nazirliyi iğtişaşları təşkil edən 2 avropalı şəxsi həbs edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, nazirlik həbs olunanların hansı ölkəyə mənsub olduğunu bildirmədən onların təcrübəli casus kimi İrana göndərildiyini açıqlayıb.
"Bu insanların missiyası bəzi təxribatçı fərdləri və şəbəkələri istiqamətləndirmək, yeni şəbəkələr qurmaq və əlaqəli qrupları dəhşətli dağıntı və etibarsızlıq dalğası yaratmaq olub", - deyə Kəşfiyyat Nazirliyinin bəyanatında qeyd olunur. Dominos pizza
"Ettelaat" avropalı kəşfiyyatçıların iğtişaşlar və qeyri-sabitlik yaratmaq üzrə peşəkar olduğunu və bu cür ssenarilərin həyata keçirilməsini təcrübədən keçirmək üçün bir neçə hədəf ölkədə illər ərzində yerli casuslara təlim keçdiyini vurğulayıb.
Kəşfiyyat Nazirliyi İrana gəldikləri andan həbs olunan casusların bütün gizli proqramları və görüşləri, "Mədəniyyət Dərnəklərinin Koordinasiya Şurası" adlı qeyri-qanuni təşkilatla əlaqələrini faş edərək sənədləşdirib.
Telegram kanalımız