İranın müdafiə naziri: “Raket potensialının yalnız bir hissəsini göstərdik” 

saytların hazırlanması

Evə çatdırılma

İranın müdafiə naziri: “Raket potensialının yalnız bir hissəsini göstərdik” 

Dünya

02 Oktyabr 2024 11:28 450


“İran İsrailə hücum edərkən raket potensialının yalnız bir hissəsini göstərdi və yəhudi dövlətindən yeni təhlükə yaranacağı təqdirdə bütün imkanlarını ortaya qoymağa hazırdır”. 

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri, general-mayor Əziz Nəsirzadə bildirib.

O deyib: “İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) raket əməliyyatı raket potensialımızın yalnız bir hissəsini göstərdi və onun digər komponenti olan yüksək texnologiyalı və modern raketlərdən istifadə olunmadı”. Dominos pizza

“Əgər sionist rejim (İsrail – red.) yeni tədbirlər görsə, daha müxtəlif silahlardan istifadə edəcəyik. Bölgədə müharibə başlasa, daha intensiv hərəkət edəcəyik”, - deyə nazir əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!