İranın müdafiə nazirinin sabiq müavini edam olundu

saytların hazırlanması

Evə çatdırılma

İranın müdafiə nazirinin sabiq müavini edam olundu

Maraqlı

14 Yanvar 2023 09:40 788


Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib. 

Yenisabah.az-ın xəbərinə görə, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb. 

Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb.  pizza hut

"O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir. 

Xatırladaq ki, İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!