İranın sabiq vitse-prezidenti həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

İranın sabiq vitse-prezidenti həbs edildi

Hadisə

05 Dekabr 2020 19:37 1169


İranın ailə və qadın məsələləri üzrə sabiq vitse-prezidenti Şəhindoxt Mollaverdinin həbs olunmasına qərar verilib.

Yenisabah.az xəbər verir ki, İranın Tehran İslam İnqilabı Məhkəməsinin 15-ci filialının qərarına əsasən, sabiq vitse-prezident 2,6 azadlıqdan məhrum edilib.

Sabiq vitse-prezident vəzifədə çalışarkən məlumatları və sənədləri başqalarına ötürmək ittihamı ilə 2 il, İran İslam Respublikası dövləti əleyhinə təbliğat fəaliyyəti aparmaq ittihamı ilə 6 ay azadlıqdan məhrum edilib. Toyuqlu pizza

İranın vitse-prezidentinin verilən qərarla bağlı apelyasiya şikayəti verəcəyi bildirilir.

Qeyd edək ki, Şəhindoxt Mollaverdi 2013-2017-ci illərdə İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti və 2017-2018-ci illərdə İran prezidentinin vətəndaşlıq hüququ məsələləri üzrə xüsusi köməkçisi vəzifəsində işləyib.  /Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!