İranın “səhra tozu” ittihamına Türkiyənin cavabı

saytların hazırlanması

Evə çatdırılma

İranın “səhra tozu” ittihamına Türkiyənin cavabı

Rəsmi

12 May 2022 17:55 253


Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç İrandakı qum fırtınaları və havanın çirkləndirilməsi ittihamlarına cavab verib.

Yenisabah.az xəbər verir ki, XİN rəsmisi bu barədə "Tvitter"də paylaşım edib.

Tanju Bilgiç İranda qum fırtınaları və Tehranda havanın çirklənməsi ilə bağlı Türkiyəyə qarşı irəli sürülən iddialarla bağlı açıqlamalar verib. pizza sifarişi

O, Türkiyədə tikilən bəndlərin qonşu ölkədə ekoloji problemlər yaratması iddialarını təkzib edib:

"Türkiyədə bəndlərin coğrafiyamızda qum və toz fırtınalarına səbəb olduğu iddiaları elmilikdən uzaqdır. Qum və toz fırtınaları daha çox təbiət hadisəsidir. Türkiyə və İrana təsir edən qum və toz fırtınalarının əsas səbəbi dünyanın ən əhəmiyyətli iki toz mənbəyi olan Afrika və Yaxın Şərqdən gələn səhra tozlarıdır. Əslində, iqlim dəyişikliyinin səbəb olduğu torpaqların məhv edilməsi, meşələrin qırılması, səhralaşma və quraqlığıv da bu fırtınaları artırır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!