İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi hökumət nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.
"İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollandıb", - deyə hökumət nümayəndəsi "X" hesabında yazıb. Marqarita pizza
Qeyd olunur ki, nazir əməliyyat başa çatdıqdan sonra zərərçəkənlərə yardımı koordinasiya etmək üçün axtarış bölgəsindədir.
Telegram kanalımız