İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır

saytların hazırlanması

Evə çatdırılma

İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır

Dünya

18 Mart 2026 19:52 565


Fars körfəzi regionunda fəaliyyət göstərən bir sıra neft hasilatı şirkətləri İranın xəbərdarlığından sonra obyektlərdən personalın təxliyəsinə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Təxliyə tədbirləri çərçivəsində digər şirkətlərlə yanaşı, "Saudi Aramco" da Əl-Cubayl şəhərində yerləşən neft emalı zavodundan əməkdaşlarını çıxarır. pizza

Daha əvvəl İranın elit hərbi qurumu - İnqilab Keşikçiləri Korpusu (SEPAH) yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə yerləşən neft-qaz obyektlərinə zərbələr endirməyi planlaşdırdığını açıqlamışdı. Bildirilir ki, bu addım ABŞ və İsrailin İranın Cənubi Pars və Əsəluye yataqlarındakı enerji infrastrukturuna endirdiyi zərbələrə cavabdır.

SEPAH-ın bəyanatına görə, hədəflər arasında Səudiyyə Ərəbistanının Əl-Cubayl şəhərindəki neft emalı zavodu, BƏƏ-də Əl-Hosn qaz yatağı, Qətərdə Rəs-Laffan bölgəsindəki neft emalı zavodu və "Chevron" ilə əlaqəli şirkətin Məsəid şəhərindəki neft-kimya kompleksi yer alır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!