İranda 13-cü prezident seçkilərinin nəticələri azıqlanıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, dünən, iyunun 18-də axşam saatlarında tamamlanmalı olan seçkilər gecə saat 2-yə qədər uzadılıb.
İlkin nəticələrə əsasən, mühafizəkar namizəd İbrahim Rəisi qalib gəlib. Artıq rəqibləri Əbdülnasir Hemməti, Möhsün Rezayi və Əmirhüseyn Qazizadə Haşemi onu təbrik ediblər. pizza mizza
Seçici səsləri namizədlər arasında bu cür bölünüb: Rəisi - 17.233.557, Rezayi - 3.250.006, Hemməti - 2.334.635, Qazizadə Haşemi - 956.275.
Telegram kanalımız