İranın səfiri koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

İranın səfiri koronavirusdan öldü

Rəsmi

21 Dekabr 2021 12:22 844


İranın Yəməndəki səfiri Həsən İrlou COVID-19-dan ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən həftə iranlı diplomatın COVID-19 testi müsbət çıxıb. "İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib", - deyə İran XİN bildirib. Marqarita pizza

Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!