İranla sərhəddə əməliyyat - 3 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

İranla sərhəddə əməliyyat - 3 nəfər tutuldu

Maraqlı

01 Aprel 2023 14:00 920


Aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Yenisabah.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 (üç) nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıblar. pizza mizza

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!