"Hətta Praqada əldə olunan siyasi razılaşmanın arxasında güclü iradənin olduğunu fərz etsək belə, Azərbaycan, Ermənistan və Türkiyə Tehran və Moskvanın fikirlərini razılaşmaya yaxınlaşdırmalıdır".
Yenisabah.az ILNA-ya istinadla xəbər verir ki, bunu iranlı analitik Afifə Abedi bildirib.
O, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Praqada keçirilən dördtərəfli görüşün nəticələrini şərh edib. Dördpendirli pizza
Prezident Əliyev, prezident Makron, baş nazir Paşinyan və Aİ Şurası rəhbəri Mişel arasındakı danışıqlara toxunan A. Abedi deyib: "Razılaşma yalnız bir bəyanatdır və tərəflərin açıqlamasına görə, onun icrasının texniki çərçivəsi birgə komissiyalara həvalə olunacaq.
Əslində, bu bəyanata qəti sövdələşmə demək olmaz. Yadda saxlanılmalıdır ki, bundan əvvəl də Qarabağ münaqişəsinin həlli üçün başqa təşəbbüslər irəli sürülüb və onlar nəticəsiz qalıb".
Qafqazşünasın fikrincə, Zəngəzur dəhlizinin taleyi ilə bağlı müəyyən şübhələr var: "Nə qədər ki, regionda sabit sülh bərqərar olunmayıb, bu layihə digər iddialı layihələrin taleyini yaşaya bilər".
Afifə Abedi Türkiyənin Ermənistan-Azərbaycan əlaqələrindəki rolunu da şərh edib:
"Türkiyə uzunmüddətli strategiyasına uyğun olaraq, Xəzər dənizinə çıxış əldə etməyə və Mərkəzi Asiya ilə əlaqə qurmağa çalışır. O, son 20 ildə bir neçə dəfə Ermənistanla münasibətləri normallaşdırmağa çalışıb, sonda Osmanlı İmperiyası dövründə, 1915-ci ildə ermənilərə qarşı törədilən "qırğınlar"ın tanınması kimi tarixi faktorlar razılaşmaları pozub. Bu məsələ bir daha Türkiyənin Qafqazdakı səylərinə təsir göstərə bilər.
Digər tərəfdən, Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr ucbatından Ermənistanda təbii bədbinlik hökm sürür. Bu bədbinlik Ermənistanın ictimai rəyi və siyasi mədəniyyətindən qaynaqlanır. Ona görə də Türkiyə birtərəfli qaydada Bakı ilə İrəvan arasında vasitəçi kimi çıxış edə bilməz".
İranlı analitik hesab edir ki, “3+3” regional düsturu razılaşmalar üçün ən yaxşı formatdır:
"Tehran görüşü bu düstura əsaslanır. Hətta Praqada əldə olunan siyasi razılaşmanın arxasında güclü iradənin olduğunu fərz etsək belə, Azərbaycan, Ermənistan və Türkiyə Tehran və Moskvanın fikirlərini razılaşmaya yaxınlaşdırılmalıdır".
Telegram kanalımız