"Azərbaycan, Türkiyə və ya "Aslan"ın quyruğu ilə oynamaq, yaxud İran İslam Respublikasının maraqlarını təhdid etmək istəyən dövlətə İranın sərt şapalağı vurulacaq".
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Müctəba Zünnuri bildirib. O, öz açıqlamasında sərt təhdid üslubundan istifadə edib. "İran İslam Respublikası hər zaman ölkələr, xüsusən də qonşu ölkələrlə mehriban qonşuluğu vurğulayıb və onların ərazi bütövlüyünə hörmətlə yanaşıb", - deyə Zünnuri əlavə edib.
Millət vəkili vurğulayıb: "İslam ölkələri İran İslam Respublikası üçün qeyri-İslam ölkələrindən daha vacibdir və bu ölkələrə qarşı səmimi və dini bir hissimiz var, buna görə də, İslam ölkələrinə və qonşu İslam ölkələrinə xüsusi hörmətlə yanaşırıq". pizza mizza
Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü qeyd edib: "Yaxşı qonşuluq və qarşılıqlı hörmət, bölgə ölkələri tərəfindən hörmət və təhdid hiss etməməyimizi tələb edir. Təhlükəsizlik və təhdid hissinin bir nümunəsi bəzi qonşu ölkələrin təhlükəsizliyi təmin etmək bəhanəsi ilə düşmənlərimizə güvənməsi və düşmənlərimizi sərhədlərimizə yaxınlaşdırması və ya İslam Respublikasının maraqlarına toxunmaq üçün bölgənin sərhədlərini dəyişdirmək istəməsidir.
Azərbaycan və Türkiyə sionist rejim nüfuzunu (İsraili nəzərdə tutur - red.) və sionist rejimin silahlarını bölgədə yaydılar. Digər tərəfdən, bölgədəki əks-inqilabçı və anti-İslam qruplarına qapı açdılar. Bunların hamısı İran İslam Respublikası üçün təhdidlərdir, Buna görə də, bölgə ölkələri dostluğunu itirmədikcə həm Azərbaycanı, həm Türkiyəni, həm də "Aslan"ın quyruğu ilə oynamaq istəyən istənilən dövləti xəbərdar edirik. İslam Cümhuriyyəti onlarla dostdur, amma İslam Respublikasının maraqlarını təhdid etməsinlər. Şübhəsiz ki, İslam Respublikası onlara şiddətli bir sillə vuracaq.
Odur ki, Azərbaycan və Türkiyə rəsmiləri ağıllarına başına yığmalı və region ölkələrinin maraqlarına xidmət edən yola qayıtmalıdırlar", - deyə Zünnuri xəbərdarlıq edib.
Telegram kanalımız