İranlı deputat koronavirusdan necə sağaldı? - Məsləhətlər

saytların hazırlanması

Evə çatdırılma

İranlı deputat koronavirusdan necə sağaldı? - Məsləhətlər

Rəsmi

12 Mart 2020 01:58 633


Koronavirusa yoluxan iranlı xanım deputat Zöhrə İlahian xəstəlikdən sağalıb.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, o artıq müalicə aldığı xəstəxanadan evə buraxılıb.

İlahian İranın rəsmi televiziya kanalına verdiyi görüntülü açıqlamasında koronavirusdan qorunmaq üçün məsləhət də verib. Özü də ixtisasca həkim olan İlahian bildirib ki, məcbur qalmadıqca səyahət etmək olmaz. Əlləri tez-tez yumaq lazımdır. Üzə əllə toxunmaq olmaz. Lazimi tədbirlər görülərsə, virusdan qorxmaq lazım deyil. Dominos pizza

Xatırladaq ki, Z.İlahianın müşaviri Mustafa Feyli martın 5-də onun “Covid19”-la bağlı verdiyi testin nəticəsinin müsbət çıxdığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!