İranlı deputat: “Şimal-Cənub Dəhlizinə diqqəti artırmalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

İranlı deputat: “Şimal-Cənub Dəhlizinə diqqəti artırmalıyıq“

Rəsmi

17 İyul 2022 11:01 901


"İran və Rusiya arasında əməkdaşlıq inkişaf edir. Rusiyanın cənub sərhədlərinə diqqəti artıb və Şimal-Cənub Dəhlizi İran və Rusiya arasında diqqət çəkən ümumi məsələdi".

Yenisabah.az ILNA-ya istinadla xəbər verir ki, bunu İram parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəzl Əmuyi deyib.

"Məncə, cənab Putinin Tehrana səfəri mühüm səfərdir. Çünki elə bir məqamdayıq ki, hazırda İran və Rusiya arasında münasibətləri yaxşılaşdırırıq. Rusiya ticarət yollarından istifadə etmək üçün cənub sərhədlərinə diqqətini artırıb. Digər tərəfdən, iki ölkə Astana görüşü şəklində həyata keçirilən üçtərəfli münasibətlərin təkrarlanması vacibdir", - deyə Əmuyi izah edib. Toyuqlu pizza

O əlavə edib: "Şimal-Cənub Nəqliyat Dəhlizi üçün iki marşrut var: biri Qafqaz marşrutu, digəri isə Orta Asiyadır.Qafqazda hələ infrastruktur işlərini tamamlamalıyıq, xüsusən, İranın özünə aid hissəsində. 

Bu marşrut daha ucuz, daha qənaətcil və daha sürətlidir. İran və Rusiya tərəfləri bu məsələyə diqqət yetirməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!