İranlı diplomata Belçikada 20 il həbs cəzası verildi

saytların hazırlanması

Evə çatdırılma

İranlı diplomata Belçikada 20 il həbs cəzası verildi

Rəsmi

05 May 2021 14:38 768


İranlı diplomat Əsədullah Əsədi Fransada terror cəhdi ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.

Yenisabah.az “AFP”yə istinadla xəbər verir ki, hökm Belçikada çıxarılıb. Antverpen məhkəməsi bu ölkədə tutulan iranlı diplomatı 2018-ci ildə Fransada “Mücahidin-e Xəlq” (MEK) mühacir siyasi qrupunun toplantısında partlayış törətmədə ittiham edib.

Əsədullah Əsədi diplomatik toxunulmazlığını əsas gətirərək məhkəmədə ifadə verməkdən imtina edib. Ancaq Belçika məhkəməsi onun diplomatik toxunulmazlıq statusuna məhəl qoymayıb. pizza hut

İran Xarici İşlər Nazirliyi proses və son hökmün qanunsuz və beynəlxalq hüquqa, xüsusən də, Vyana Konvensiyasına zidd olduğunu bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!