İranlı ekspert TRIPP-ə dair Tehranın gözləntilərini sadaladı

saytların hazırlanması

Evə çatdırılma

İranlı ekspert TRIPP-ə dair Tehranın gözləntilərini sadaladı

Dünya

05 Noyabr 2025 16:58 334


Azərbaycandan Naxçıvana Ermənistan vasitəsilə kommunikasiyaların planlaşdırılmış şəkildə açılması tənqidlərə səbəb olub, lakin tənqidlə yanaşı qərarlar qəbul etmək də vacibdir.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu noyabrın 5-də İrəvanda keçirilən “Orbeli 2025” beynəlxalq forumunda iranlı politoloq Vəli Kaleci deyib.

O əlavə edib ki, potensial yol Ermənistan və İranın ortaq sərhədindən keçəcəyi üçün Tehran üç təklif irəli sürüb. Marqarita pizza

Kaleci aydınlaşdırıb ki, Tehran bu potensial yolun İran sərhədindən mümkün qədər uzaqda, Ermənistan-İran sərhədindən çox-çox şimalda tikilməsini gözləyir:

"Bundan başqa, İran bu yolun Ermənistanla mövcud yol əlaqələrini pozmamasını və İran yüklərinin tranzitinə mane olmamasını gözləyir. Bunun üçün üç körpü tikilə bilər: biri Qarsla əlaqəni təmin etmək üçün, ikincisi dəmir yolu, üçüncüsü isə qaz və neft kəmərləri, eləcə də elektrik xətləri və kabellər üçün. Bu yanaşma İranın narahatlığını aradan qaldıra bilər”.

Ekspert vurğulayıb ki, İran Ermənistan daxilindəki kommunikasiyaların müstəsna Ermənistanın yurisdiksiyasında olmasını da gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!