"Zəngəzur dəhlizinin əsas üstünlüyü geniş tranzit imkanları və ölkələrarası daşımada Asiyanı Avropa ilə birləşdirməsindədir".
Yenisabah.az "Qodsonline"a istinadla xəbər verir ki, bunu Avrasiya məsələləri üzrə iranlı ekspert Tohid Məhəmmədzadə bildirib.
O xatırladıb ki, Azərbaycan hökuməti İrandan keçməklə Naxçıvana birləşdirəcək 55 km-lik dəhliz barədə memorandum imzalayıb. Bununla bərabər, atəşkəs əldə etdikdən sonra Zəngəzur dəhlizinin yaradılması təklifi irəli sürülüb. Marqarita pizza
"Ermənilər əvvəlcə bu tranzit xəttinin yaradılması ilə razılaşdılar, lakin sonradan belə qənaətə gəldilər ki, o, Ermənistanın milli suverenliyini pozur və ölkənin parçalanması üçün zəmin yaradır", - deyə T. Məhəmmədzadə qeyd edib.
Onun sözlərinə görə, bu iqtisadi dəhlizin tikintisi ilə Türkiyə, Azərbaycan, Rusiya və İranın dəmir yollarını birləşdirməklə yanaşı, bu ərazilər arasında enerji və telekommunikasiya xətlərini də inkişaf etdirmək olar. "Bu magistralın əsas üstünlüyü geniş tranzit imkanları və ölkələrarası daşıma ilə Asiyanı Avropa ilə birləşdirməsidir. İbrahim Rəisi hökumətinin qonşu ölkələrlə əlaqələri gücləndirmək istəyini nəzərə alsaq, bu marşrut Tehranın iqtisadi çoxtərəfli əməkdaşlığını genişləndirməklə yanaşı, Azərbaycan üçün birbaşa fayda verəcək".
Ekspert Türkiyənin simasında NATO-nun İranın sərhədlərinə yaxınlaşması ehtimalına da toxunub. Onun fikrincə, bununla bağlı qabaqlayıcı tədbirlər görülməlidir.
"İran və Rusiya arasında son zamanlar yaranmış strateji münasibətlər, o cümlədən Rusiyaya müdafiə sənayesi və s.-də əməkdaşlığı nəzərə alsaq, İran bu dəhlizdə aktiv ölkə və fəal qonşu kimi iştirak edə bilsə, təhlükəsizlik təsirlərini neytrallaşdıra və öz maraqlarına uyğunlaşdıra bilər".
Telegram kanalımız