İranlı filosof şahzadə Rzanı təhqir etdi: Saqqalı uşaq!

saytların hazırlanması

Evə çatdırılma

İranlı filosof şahzadə Rzanı təhqir etdi: Saqqalı uşaq!

Dünya

21 İyun 2025 16:00 455


Coctaun Universitetinin əslən iranlı müəllimi, məşhur filosof 
Əbdülkərim Soruş Pəhləvi xanədanının tacsız vəliəhdi Rzanı təhqir edib.

Yenisabah.az xəbər verir ki, o, sosoial şəbəkə hesabında şahzadə Rzanı "mədəniyyətsiz saqqalı uşaq" adlandırıb:

"Mən ömrümdə bu qədər fərsiz, nadan və bu qədər vətənə xəyanət mücəssəməsindən daha alçaq bir insan görməmişəm.

Babasını müstəmləkəçilər gətirib apardılar. Eyni şəxslərin nökəri olan atası sürgündə ölüb, bu da ancaq yeyib-yatıb, amma hələ ölməyib! İndi də bu mədəniyyətsiz saqqalı uşaq israilli onbaşıların üzəngilərində üfüqləri aşaraq İran torpağına ayaq basıb tanrıların tovuz quşu, Şərqin şahı olmaq istəyir. Dominos pizza

Vallah, belə illüziyalar sərxoşun yuxusuna belə girmir və bilmirəm hansı tilsimlə, tiryəklə onu o qədər sərxoş edib dəliliyə çatdırıblar ki, qızdırması qalxır, ağzı köpüklənir, ac toyuq kimi yuxuda darı görür.

Ona sözüm yoxdur, çünki axmaqlarla danışmaq axmaq olmaq kimidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!