İranlı generaldan hədə: “Bu təlim qonşu ölkələrə mesajdır“

saytların hazırlanması

Evə çatdırılma

İranlı generaldan hədə: “Bu təlim qonşu ölkələrə mesajdır“

Rəsmi

03 Oktyabr 2021 13:35 9251


"Xeybər Fatehləri" təlimləri qonşu ölkələrə sülh və əmin-amanlıq ismarışıdır".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Ali Komandanlığının ideoloji-siyasi bürosunun siyasi müavini Rəsul Sənairad bildirib.

Onun sözlərinə görə, bu, etibarsızlıq mühiti yaratmaq və İslam Respublikasını təhdid etmək istəyənlərin hamısına güc nümayişi və çəkindirici bir mesajdır. Dördpendirli pizza

Ölkənin şimal-qərb sərhədlərində keçirilən təlimlərdən danışan Rəsul Sənairad əlavə edib:

"Fakt budur ki, İslam Respublikası mehriban qonşuluğa sadiq olduğunu və bütün ölkələrin suveren və ərazi mülkiyyətinə hörmət etdiyini sübut edib. Təcrübə də göstərir ki, ölkəmizin heç bir təcavüz tarixi yoxdur və heç bir ölkəyə qarşı müharibəyə başlamayıb. Təəssüf ki, bəzi qonşular tərəfindən təhdidkar hərəkətlər var.

Bu gün Azərbaycan Respublikası da daxil olmaqla, qonşularımızla mehriban qonşuluğa sadiq olduğumuzu sübut etdik, lakin digər tərəfdən, təkfirçi və dövlət terroru keçmişi olan qruplardan və ölkələrdən təhlükəyə göz yuma bilmərik. Terrorçuların sərhədlərimizdə yuva qurmasına icazə verməyəcəyik". 

"Bu təlimin mesajı çox aydındır və ordu xüsusi bir məşq proqramı həyata keçirir. İslam Respublikası vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hərbi gücdən istifadə etməmə iltifatı göstərə bilməz", - deyə Rəsul Sənairad vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!