"Cənubi Qafqaz bölgəsində geosiyasi dəyişikliklər öz mənasını itirib".
Yenisabah.az "Sepah News"a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməliyyatlar bölməsi üzrə rəis müavini, briqada generalı Abbas Nilferuşan deyib.
O, Azərbaycan və Ermənistanın sərhəd bölgələrində baş verən son insidentlərə toxunaraq bunu regionun geosiyasətini dəyişdirmək cəhditək səciyyələndirib: Toyuqlu pizza
"Bütün qonşu dövlətlərlə mehriban qonşuluğa inanırıq, tövsiyəmiz regional problemləri danışıqlarla həll etməkdir. Onlar diqqətli olmalıdır ki, Qərbin və müharibə niyyətli bəzi dövlətlərin maraqlarının qurbanı olmasınlar. Regionda geosiyasi dəyişikliklər öz mənasını itirib. Ona görə də, bu cür dəyişikliklər istənilən ölkə üçün heç bir şəkildə davamlı olmayacaq və dövlətlərin maraqlarına qətiyyən uyğun deyil".
Generalı Abbas Nilferuşan əlavə edib: "Diplomatiya tələblərə çatmağın ən yaxşı yoludur. Strateji məsələlər üzrə ekspert kimi müşahidə etdiyim odur ki, xarici ölkələrin bəzi casus xidmətləri ölkələrin diplomatiya imkanlarından sui-istifadə üçün əllərindən gələni edirlər".
Telegram kanalımız