"Təkfirçi və ya sionist terrorçuların sərhədlərimizdə yuva qurmasına icazə verməyəcəyik".
Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Ali Komandanlığının siyasi-ideoloji bürosunun rəis müavini, general Rəsul Sənayirad bildirib.
O əlavə edib: "Ölkəmizin şimal-qərbinə yaxın bölgələrdə baş verən hadisələrə bu problemlərin arxasında sionist rejimin (İsrail - red.) və bəzi bölgədənkənar güclərin dayandığını bilirik. Onları bəzi qonşularımızdan alət kimi istifadə edirlər. Sərhədlərimiz yaxınlığında təkfirçi və ya sionist qüvvvələrin yerləşməsinə izn verməyəcəyik". pizza
General Sənayiradın sözlərinə görə, İran bölgədə hər hansı bir geosiyasi dəyişikliyə qarşıdır və ərazi bütövlüyünü qorumağı, beynəlxalq hüquqa riayət etməyi, beynəlxalq hüquqlara və qonşuların hüquqlarına hörmət etməyi vacib sayır.
"Qeyd olunanların bir nümunəsini ölkənin şimal-qərbində keçirilən hərbi təlimdə görmək olar".
Telegram kanalımız