"Əgər hər hansı bir ölkə öz baza və obyektlərinə yerləşdirməklə, xarici qüvvələrin bölgəyə müdaxiləsi üçün zəmin yaratsa, ən yüksək bədəl ödəyəcək".
Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İrananın "Xatəmül-Ənbiya" mərkəzi qərargahının komandanı general-mayor Qulaməli Rəşid deyib.
O, İslam Respublikası ilə qonşu ölkələrə xəbərdarlıq edib: Toyuqlu pizza
"İranın təhlükəsizliyinin sabitliyini, müstəqilliyini, varlığını və ərazi bütövlüyünü qorumaq silahlı qüvvələrin qırmızı xəttidir və silahlı qüvvələr düşmənlərlə strateji, əməliyyat və taktiki qarşıdurma üçün hər zaman hazırdır”.
General Rəşid bütün qonşu dövlətlərlə dostluq əlaqələrinə işarə edərək deyib: "Əgər hər hansı bir ölkə öz baza və obyektlərinə yerləşdirməklə, xarici qüvvələrin bölgəyə müdaxiləsi üçün zəmin yaratsa, ən yüksək bədəl ödəyəcək".
Telegram kanalımız