İranlı idmançı Almaniyadan sığınacaq istədi 

saytların hazırlanması

Evə çatdırılma

İranlı idmançı Almaniyadan sığınacaq istədi 

Maraqlı

30 Yanvar 2023 13:04 620


İranlı xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib. 

“Report” xəbər verir ki, bu barədə GünAzTV məlumat yayıb. 

Bildirilib ki, 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının yeganə iranlı qadın iştirakçısı özü bu barədə açıqlama verib. Türkiyədə keçirilən beynəlxalq dağ xizək yarışlarında beş Asiya medalı qazanan və bir neçə beynəlxalq turnirin qalibi olan Əhmədi mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayri-seçkilik və məcburi hicab qaydaları ilə bağlı olduğunu deyib.  Toyuqlu pizza

Qeyd edək ki, son illər müxtəlif idman növlərində medallar qazanan İran millisinin üzvləri xarici ölkələrə sığınıblar. Əvvəllər bu, hökumətin idman sahəsinə və çempionlara lazımınca diqqət ayırmaması ilə əlaqədar olurdusa, son vaxtlar daha çox ölkədə etirazçılara qarşı repressiyaların artmasından qaynaqlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!