İranlı idmançı güləşçimizi çiynində gəzdirdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

İranlı idmançı güləşçimizi çiynində gəzdirdi - Video

İdman

07 Avqust 2024 11:49 675


Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub. 

Bu barədə Axar.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

35 yaşlı pəhləvan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb.  pizza sifarişi

Qeyd edək ki, Paris-2024 çərçivəsində ötən gün iranlı idmançı Amin Mirzəzadə rəqibi Sabah Şəriəti çiyninə qaldıraraq meydanda gəzdirib. Bu jestə səbəb Şəriətinin karyerasını bitirməsi olub. 

Xatırladaq ki, S.Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!