İranlı jurnalistləri daşıyan avtobus aşdı, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

İranlı jurnalistləri daşıyan avtobus aşdı, ölən və yaralananlar var

Hadisə

23 İyun 2021 20:10 1144


İranlı jurnalistləri daşıyan avtobus aşıb.

Yenisabah.az xəbər verir ki, bunu Nəqədə şəhər başçısı Mənuçehr Şakir deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətində yerləşən Kani Sib su bəndindən reportaj hazırlamaq məqsədilə Nəqədə şəhərinə səfər edən jurnalistlərin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Marqarita pizza

Yaralı jurnalistlərdən bir neçəsinin vəziyyəti ağırdır.

Yaralılar Nəqədə şəhər xəstəxanasına yerləşdirilib.

Ölən jurnalist xanımlar "İRNA" və "İSNA" agentliklərinin əməkdaşlarıdır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!