İranlı nazir: “Azərbaycana qucaq açmağa hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir: “Azərbaycana qucaq açmağa hazırıq“

Rəsmi

04 Oktyabr 2021 13:11 2043


"Qonşuluq siyasətimizə sadiqik və qucağımız onlara açıqdır. Azərbaycanla ən yaxşı münasibətləri istəyirik".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.

O əlavə edib: "Ancaq düşmənlər İran istiqamətində hər cür macəradan çəkinməlidirlər. Xüsusilə İsrail və ABŞ kimi düşmənlərimiz bölgədə fəaldır və millətlər arasında nifaq yaratmaq istəyirlər. Buna görə də, iki xalq arasında uzun müddətdir davam edən əlaqələrin çox əhəmiyyətli olduğunu başa düşməliyik". pizza

Əhməd Vəhidi İranın şimal-qərb bölgəsində qonşuların təliminə toxunub:

"İslam Respublikası hər zaman bütün qonşularına dostluq əlini uzadıb. Ölkənin şimal-qərb sərhədlərində həyata keçirilən təlimlər silahlı qüvvələrin gücünü göstərmək və düşmənlərə macərapərəstlikdən uzaq durmaq mesajıdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ələsgər Ələsgərov
    Bizdə qucaqda oturan açaq allahşükür ,o da boynuna almır
    5 years ago