İranlı nazir Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir Bakıya gəlir

Rəsmi

10 Mart 2022 10:16 531


İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi bu gün Bakıya gəlir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, o, İran-Azərbaycan Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak edəcək.

Yola düşməzdən əvvəl Rüstəm Qasemi bildirib ki, İranla Azərbaycan Respublikası arasında ticarət dövriyyəsi son 8 ayda 300 milyon dollara çatıb ki, bunun da 252 milyon dollarını Azərbaycana ixrac təşkil edir. Toyuqlu pizza

Səfər zamanı "Homa" və digər İran şirkətlərinin Azərbaycana uçuşlarının bərpası və uçuş sayının artırılması müzakirə ediləcək. Həmçinin, səhiyyə qaydalarına uyğun olaraq müntəzəm ikitərəfli sərnişin xidmətlərinin fəaliyyətini bərpa etməyin vacibliyi vurğulanacaq.

Bundan başqa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan və Ağdam rayonlarının yenidən qurulmasında İran şirkətlərinin iştirakı məsələsi ətrafında müzakirələr aparılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!