İranlı nazir Əliyevə hansı ismarışı çatdırıb? - “26 il əvvəl...”

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir Əliyevə hansı ismarışı çatdırıb? - “26 il əvvəl...”

Siyasət

06 Mart 2025 14:03 869


"Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi".

Yenisabah.az xəbər verir ki, bunu geniş müsahibəsində İranın keçmiş xarici işlər naziri strataeji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib.

O, Ermənistan prezidentinin bir xahişini yerinə yetirməli olduğunu xatırlayıb: Pepperoni pizza

"İkinci Qarabağ müharibəsindən sonra İrəvanda olarkən məndən xahiş edildi ki, bir ismarışı Azərbaycan prezidentinə çatdırım. Mesaj da bu idi ki, "26 il əvvəl biz (ermənilər - red.) güclü idik, siz isə zəif. Biz Qarabağı işğal etdik, sizi təhqir etdik, alçaltdıq və sizinlə danışıqlar aparmadıq. İndi vəziyyətimiz məlumdir, siz bizim səhvimizi təkrarlamayın". 

Zərif əlavə edib: "Bunu məndən Ermənistanın baş naziri deyil, prezidenti xahiş etdi. Mən də həmin ismarışı Azərbaycan prezidentinə çatdırdım. Dedi ki: "Güclü olan vaxtı bunu düşünməli, danışıqlar aparmalıydılar". Əslində, Əliyevin fikri məntiqli idi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!